Yeni Kaledoniyalılar konstitusiyanı öz xeyrinə əyən Fransa ekspansionizminə etiraz edirlər

Fransanın koloniyası olan Yeni Kaledoniyalılar konstitusiyanı etirazlar günü-gündən artır. Son etirazlar bazar ertəsi günü, Fransa parlamentində Yeni Kaledoniya Konstitusiyasına Fransa vətəndaşlarının əyalət seçkilərində səs vermək hüququnu genişləndirəcək dəyişikliyə dair çərşənbə axşamı planlaşdırılan səsvermədən əvvəl başlayıb. Buna etiraz edən ərazidəki müstəqillik tərəfdarları Fransanın yenidən hakimiyyəti genişləndirmək planından narahatdırlar. Bu səbəbdən bütövlükdə azadlıq tələb edən xalq ayağa qalxaraq adanın Fransanın təsirindən azad edilməsini və konstitusiyaya edilən dəyişikliyin aradan qaldırılmasını tələb edir.
Bundan narahat olaraq, Fransanın idarə etdiyi Sakit Okeandakı Yeni Kaledoniya adasının səlahiyyətliləri beynəlxalq hava limanını bağladı, paytaxtda komendant saatı tətbiq etdi və ərazinin səsvermə sisteminə etirazlar artdıqdan sonra polis qüvvələrini gücləndirməyə çağırdı.

Azernews xarici informasiya agentliklərinə istinadən xəbər verir ki, yerli dövlət rəsmisi Ali Komissar Lui Le Frank BFM TV-yə bildirib ki, çərşənbə axşamı komendant saatının başlamasına təxminən bir saat qalmış iğtişaşçılar hələ də fəaldır.
Qeyd edək ki, Fransa Milli Assambleyasında qanunvericilər Yeni Kaledoniyanın səsvermə nizamnaməsini dəyişdirmək üçün qanun layihəsini müzakirə etdikdən sonra ərazidə etirazlar daha da güclənib.
Təklif olunan dəyişikliklər 10 ildir Yeni Kaledoniyada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində səs verməyə imkan verəcək – yerli liderlərin qorxduğu bir addım yerli Kanakın səsini azaldacaq.
Fransanın nəzarətində olan Hind-Sakit okean hövzəsini əhatə edən beş ada ərazisindən biri olan Yeni Kaledoniya təbii ehtiyatlarla zəngindir və Fransa prezidenti Emmanuel Makronun Parisin Sakit okeandakı təsirini artırmaq planının mərkəzi hissəsidir.
Bundan əlavə, daxili işlər naziri Gerald Darmanin X-də bildirib ki, təklif olunan yeni seçki qaydaları “demokratiyaya inananlar üçün mənəvi borcdur”, lakin daha böyük siyasi razılaşma əldə etmək cəhdlərinin qarşısında durmamalıdır.
Xatırladaq ki, bu yaxınlarda Bakıda baş tutan 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda da fransız müstəmləkəçiliyi 21-ci əsrin ən utanc verici reallıqlarından biri kimi beynəlxalq konfrans iştirakçıları tərəfindən müzakirə edilmiş və pislənmişdi.
Azərbaycan Prezidenti İlham Əliyev müraciətində vurğulayıb ki, bu gün özünü siyasi arenada, xüsusən də Avropada ən nüfuzlu hesab edən dövlətlər tərəfindən davam etdirilən müstəmləkəçilik siyasəti yolverilməzdir. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edərkən dəfələrlə bu məsələyə toxunub və dünya ictimaiyyətini XXI əsrin ən utancverici problemi olan müstəmləkəçiliyə qarşı birgə mübarizəyə çağırıb.
“Biz beynəlxalq hüquqdan danışırıq və bu gün, 21-ci əsrdə bəzi böyük Avropa ölkələrinin digər xalqları müstəmləkəçiliyə davam etdirməsinə icazə verə bilmərik. Bu, qətiyyən yolverilməzdir. Biz milli miqyasda və əvvəllər Qoşulmama Hərəkatının sədri kimi öz səsimizi ucaldanda bu, hər hansı bir ölkəyə qarşı hərəkət etdiyimiz üçün deyil. Sadəcə ona görədir ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edirik.
Dünya zorla assimilyasiyaya aparan bu iyrənc neokolonializm praktikasına göz yummamalıdır. Ondan çox Fransanın dəniz kənarındakı ərazilərinin zorla assimilyasiyası qətiyyən yolverilməzdir və dayandırılmalıdır”, – prezident bildirib.
Dünyaya demokratiya haqqında mühazirə oxuyan Fransa bu gün Yeni Kaledoniya xalqına polisin dirijorluğu ilə zülm edir və insanları onların xeyrinə qanunları qəbul etməyə məcbur edir. Təəssüf ki, dünya buna susur; dünyanın mərkəzində cərəyan edən real insan haqlarının pozulması məsələsini bir kənara qoyaraq, Avropa Parlamentində ciddi deyil, qondarma erməni nağıllarını gündəmə gətirir. Aydındır ki, Fransa və onu dəstəkləyənlər demokratiya prinsiplərini bu formada qəbul edir və Yeni Kaledoniyadakı kimi məzlum xalqlara zorla tətbiq edirlər.