Ukrayna Prezidenti Vladimir Zelenski Prezident İlham Əliyevə telefonla zəng edib
Mayın 21-də Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azernews xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları regional təhlükəsizlik və enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Söhbət zamanı hər iki ölkənin müvafiq qurumları arasında birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqların veriləcəyi qeyd olunub.