TƏBİB tənəffüs xəstəliklərinin artdığını açıqlayıb
oxuaz TƏBİB tənəffüs xəstəliklərinin verir ki, payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar tənəffüs yollarının infeksiyalarında artım müşahidə olunur .
Bildirilib ki, son günlər boğazda qıcıqlanma, boğaz ağrısı, hərarətin aşağı düşməsi, oynaqlarda ağrı, burun tutulması simptomları ilə müşayiət olunan tənəffüs yoluxucu xəstəliklərdən şikayətlər artıb.
“Bəzi xəstələr hətta qoxu və dad hisslərini itirirlər. Xəstələr bunun COVID-19 virusunun yeni variantlarından biri olduğunu düşünərək təşvişə düşürlər, lakin buna heç bir əsas yoxdur. Bəzi tənəffüs yollarının infeksiyaları (qrip, kəskin respirator xəstəliklər) və s.) dad hissiyyatının itirilməsi şikayətləri müşahidə oluna bilər, hər zaman olduğu kimi mövsümlə bağlı sadaladığımız şikayətlərlə həkimə müraciətlərin sayında artım gözlənilir.
Payız-qış mövsümü başlayandan respirator infeksiyaların artması ilə bağlı TƏBİB tərəfindən dəfələrlə əhaliyə müraciət edilib, respirator gigiyena qaydalarına riayət olunması tövsiyə olunub, qripə qarşı peyvəndlər vurulub və davam etdirilir”, – deyə TƏBİB əlavə edib.