Sumqayıt Dövlət Dram Teatrında nağıl premyerası olacaq

Sumqayıt Dövlət Dram Teatrında nağıl premyerası olacaq

oxuaz xəbər verir ki , Sumqayıt Dövlət Dram Teatrı böyük məmnuniyyətlə “Bütün siçanlar pendiri sevir” nağılının premyerasını elan edir .

Sumqayıt Dövlət Dram Teatrı bütün kontingentlərdən olan tamaşaçıların estetik tələbatına uyğun repertuar siyasəti qurur. Bundan başqa, balacaların teatr istəkləri yaradıcı kollektivin daim diqqət mərkəzindədir.

Tamaşaları ilə maraq doğuran teatrın quruluşçu rejissoru Fuad Kazımov uşaqların bədii-estetik zövqünü təmin etmək üçün dünya dramaturgiyasına üz tutub. Məşhur macar yazıçısı və dramaturqu Dula Urbanın siçanlar haqqında ibrətamiz hekayəsi Fuad Kazımovun rejissorluğu ilə tamaşaçılara təqdim olunacaq.

“Bütün siçanlar pendiri sevir” nağılı dünyanın bir çox ölkələrində kiçik tamaşaçılar üçün hazırlanıb. Sumqayıt teatrında ilk dəfə səhnəyə qoyulan bu tamaşa artıq Nizami Mirzəyevin tərcüməsi ilə teatrımızın səhnəsində öz uğurlu həllini tapıb.

Məşhur pendir fabrikinin zirzəmisində yaşayan boz siçan ailəsi rahatdır. İsti yuva, bol pendir, tərbiyəli oğul ailə xoşbəxtliyini təmin edir. Ancaq ağ siçan ailəsinin zirzəmiyə köçməsi ilə hər şey mənfiyə doğru dəyişir. Rəng fərqi ailələr arasında ziddiyyət yaradır. Ağsaqqalların fikir ayrılıqları bir-birinə bağlı olan Şoma ilə Fruji arasındakı sevgiyə təsir edə bilməz.

Sehrbazın köməyi ilə əsərin qəhrəmanları – Şoma və Fruji xoşbəxtlik tapırlar. Bütün maneələri dəf edən və xırda hissləri dəf edən gözəl, təsir edici dostluq və məhəbbət hekayəsi mühüm bir fikri çatdırır: önəmli olan rəng deyil, hadisənin təşkili və paylaşma zehniyyətinin formalaşmasıdır.

Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, quruluşçu rəssamı Nizami Dadaşov, baletmeysteri Kamil Ağayevdir.

Musiqi tərtibatı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyevə məxsusdur.

Premyerası ilə balaca tamaşaçıları sevindirən maraqlı əsərin növbəti nümayişi mayın 25-26-da, həmçinin iyunda baş tutacaq.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *