Sanksiyalar Qərbin əlçatmaz ölkələrə qarşı intiqam siyasətidir

Sanksiyalar Qərbin əlçatmaz ölkələrə qarşı intiqam siyasətidir

Avropa İttifaqı Gürcüstanın “Xarici təsirin şəffaflığı” qanun layihəsini təhlükə hesab edir.

Qeyd edək ki, opponentlər tərəfindən Gürcüstanda “Rusiyasayağı qanun” kimi tənqid edilən layihədə vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan qurumların “xarici təsir agenti” kimi qeydiyyatdan keçməsi nəzərdə tutulur. Gürcüstan hökuməti hesab edir ki, bu qanun QHT-lərin maliyyələşdirilməsinə şəffaflıq gətirmək və ölkəni xarici təsirlərdən qorumaq üçün lazımdır.

Kreml də öz növbəsində xarici dövlətlərin Gürcüstanın daxili işlərinə qarışmağa cəhd etdiyini iddia edib. Görünür, Moskvanın bu məsələ ilə bağlı fikirləri həqiqəti əks etdirir. Çünki qərar qəbul edilməmişdən əvvəl Avropa və ABŞ Gürcüstana xəbərdarlıq siqnalları verirdi.

Xarici əlaqələr və təhlükəsizlik Sanksiyalar Qərbin əlçatmaz ölkələrə sözçüsü Peter Stano Brüsseldə keçirdiyi brifinqdə “xarici agentlər” haqqında qanunun Gürcüstanın Qərblə münasibətlərinə xələl gətirəcəyini vurğulayıb.

Hakim partiya qanun layihəsini təsdiqlədikdən sonra Ağ Ev Tbilisiyə təhdid mesajları göndərib. ABŞ Dövlət Departamentinin sanksiyalar üzrə koordinatoru Ceyms O’Brayen Tbilisidə keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı” qanun layihəsi dəyişməzsə və ABŞ Gürcüstan rəsmilərinə qarşı sanksiyalar tətbiq edə bilər.

Maraqlıdır ki, bu cür hədələyici çıxışlar Ceyms O`Brayen üçün adət halını alıb. Çünki o, həmişə Azərbaycana qarşı əsassız və qərəzli bəyanatları ilə diqqəti cəlb etməyi bacarıb.

Xatırladaq ki, ötən il Vaşinqton Konqresi “Azərbaycan Ermənistan üçün təhlükə yaradır” bəhanəsi ilə Ermənistana dəstəyi artırmaq qərarına gəlib. Burada məqsəd Ermənistanla Rusiya arasındakı əlaqələri pozmaq və Ermənistanın KTMT-dən çıxmasına nail olmaq idi. Beləliklə, guya Ermənistan Qərbin birbaşa himayəsi altında Cənubi Qafqazda ABŞ və Fransanın gözü olacaq.

Lakin nəticə gözlənildiyi kimi olmadı. Rəsmi Bakı bu qərəzli addımlardan sonra Vaşinqtonun vasitəçiliyindən imtina etdi və həmin il noyabrın 20-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüş təxirə salındı.

Hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam edir. Qərbin və ABŞ-ın bütün cəhdlərinə baxmayaraq, Azərbaycan öz torpaqlarının suverenliyini bərpa etdi. 2023-cü ildə yerli antiterror tədbirlərindən sonra Qarabağdakı separatçı qüvvələr uğurla zərərsizləşdirilib.

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mayın 10-da Almatıda keçirilən görüşündən sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının yaxın gələcəkdə olduğu təsdiqlənib.

Bu, Qərbin Cənubi Qafqazdakı planlarını Ermənistanın köməyi ilə həyata keçirə bilməyəcəyinə sübutdur. Şübhəsiz ki, ABŞ və Avropa Birliyi Rusiyanı regionda sıxışdırmaq üçün Gürcüstanı təhdid etməyə, hətta onun İttifaqa namizədlik statusuna kölgə salmağa cəhd edə bilər.

Qeyd edək ki, Gürcüstan Aİ-yə namizəd olmaq üçün ilk dəfə 2022-ci ildə müraciət edib. İttifaq Gürcüstana 2023-cü ilin dekabrında namizəd statusu verib. Bununla belə, qurumun yeni qanunla bağlı Gürcüstana ultimatumları üzvlük prosesinin risk altına düşə biləcəyini göstərir. .

Gürcüstanda yeni qanuna qarşı çıxan əhali bir aydır məişət iğtişaşlarını davam etdirir. Dünən parlament binası qarşısına toplaşan etirazçıların polislə toqquşması xəbəri yayılıb.

Lakin Gürcüstanın hakim partiyası Qərbin sanksiya hədələrinə məhəl qoymur, bunları qeyri-ciddi danışıqlar adlandırır; mətbuatda qətiyyətlə çıxış edirlər.
Gürcüstanın baş naziri İrakli Kobaxidze vurğulayıb ki, xarici qüvvələr Gürcüstanın milli maraqlarını müdafiə etməsinə mane ola bilməz.

Nazir həmçinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə qarşı çıxan etirazçıları qanunu pozmaqdan çəkinməyə, eyni zamanda hüquq-mühafizə orqanlarını etirazçıların istənilən zorakı hərəkətinə maksimum təmkinlə cavab verməyə çağırıb.

Unutmayaq ki, Qərb əsrlər boyu Cənubi Qafqaz regionunda kök salmağa çalışıb və buna müəyyən qədər nail olsa da, buradakı insanların əzmini qıra bilməyib.

İndiki iğtişaşlar və təhdidlər Qarabağ məsələsində öz payını ala bilməyən Qərbin yenidən fırlanmasıdır. Həyata keçirildiyi iddia edilən sanksiyalar, şübhəsiz ki, Qərbin kifayət qədər təsir göstərə bilmədiyi ölkələrə qarşı intiqam siyasətidir.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *