Rusiya sərhədçiləri Zəngəzurdakı keçid məntəqələrini bağlayırlar
“oxuaz.net” yerli KİV-ə istinadən xəbər verir ki, Rusiya sərhədçiləri Zəngəzurdakı keçid Ermənistanın Zəngəzur rayonunda Azərbaycanla sərhəddə postlarını bağlamağa başlayıb.
Onların 44 günlük müharibədən sonra 2020-ci ilin dekabrında bu ərazidə məskunlaşdıqları qeyd edilir.
Bundan əvvəl Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan Rusiya sərhədçilərinin Geqarkunik, Sünik, Tavuş, Ararat və Vayots Dzor rayonlarından çıxarıldığını açıqlamışdı.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya sərhədçilərinin Ermənistanın bir neçə rayonundan çıxarılması məsələsi iki ölkə liderlərinin Moskva görüşündə razılaşdırılıb.