Qubadlının Mahruzlu, Zilanlı kəndlərində tikinti işlərinə başlanılır

Qubadlının Mahruzlu, Zilanlı kəndlərində tikinti işlərinə başlanılır

Qubadlının Mahruzlu və Zilanlı kəndlərində yenidənqurma işlərinə başlanılıb. Bu barədə oxuaz.net Cəbrayıl, Qubadlı və Zəngilandakı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

Hər iki kəndin baş planı əsasında torpaq işləri başa çatdırılıb, evlərin bünövrəsi qoyulub, beton işləri aparılır.

Bildirilib ki, Qubadlı rayonunun Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr aralıda yerləşir. Kəndin ümumi plan sahəsi 197 hektardır. Birinci mərhələdə 40,27 hektar sahədə 190 evin tikintisi və 836 nəfərin köçürülməsi nəzərdə tutulub. Kənddə məktəb binası, uşaq bağçası, inzibati bina, iməcilik evi, çoxfunksiyalı bina, bazar kompleksi, idman-sağlamlıq mərkəzi, tibb məntəqəsi, mərasim zalı, çay evi də nəzərdə tutulub.

Qubadlının Zilanlı kəndində də tikintiyə başlanıldığı qeyd edilir. Bu kənd rayon mərkəzindən 20 kilometr aralıda yerləşir və ümumi sahəsi 180,04 hektardır. Birinci mərhələdə 43,5 hektar sahədə 193 evin tikintisi və 926 nəfərin köçürülməsi nəzərdə tutulur. Kənddə həmçinin məktəb binası, uşaq bağçası, ailə-sağlamlıq ocağı, inzibati bina, iməcilik evi, idman mərkəzi olacaq.

Hər iki kənddə tikiləcək evlər ikiotaqlı, üçotaqlı, dördotaqlı, beşotaqlı olacaq. Bu ilin sonunadək hər iki kənddə birinci mərhələnin tikinti işlərinin başa çatdırılması və tikilən evlərə ilk köçün təşkili planlaşdırılır.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *