Prezident İlham Əliyev Laçının Sus kəndinə köçən sakinlərlə görüşüb
oxuaz xəbər verir ki , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Sus kəndində görülən işlərlə tanış olub, köçürülən sakinlərlə görüşüb .
Prezident İlham Əliyev Laçının rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev kənddə həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdilər.
1992-ci ilin mayında Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunanda Sus kəndində 203 sakindən ibarət 53 ailə yaşayırdı. Tamamilə yenidən qurulan kəndə 214 nəfərdən ibarət ümumilikdə 59 ailənin köçürülməsi nəzərdə tutulub. Hazırda kəndə 20 ailə (75 nəfər) köçürülüb.
Sahəsi 25 hektar olan kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı, 4 beşotaqlı fərdi yaşayış evləri tikilib. Kənddə 132 yerlik orta məktəb və 50 yerlik uşaq bağçası da var.
Daha sonra Prezident İlham Əliyev kəndə köçən sakinlərlə görüşüb.
xxx
Prezident İlham Əliyev və sakinlər daha sonra Həkəri çayının sahilinə getdilər.
xxx
Prezident İlham Əliyev və kənd sakinləri ilə xatirə şəkilləri çəkdirilib.