Ötən il Rusiyaya 480 min Azərbaycan vətəndaşı səfər edib

oxuaz Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinə istinadən xəbər verir ki, 2023-cü ildə 480 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib ki, bu da 2022-ci illə müqayisədə 45,4% çoxdur.
Azərbaycan Rusiyaya gələn vətəndaşların sayına görə ilk 10 ölkəyə daxil olub. Ümumilikdə, ötən il Rusiyaya səfər edən xarici turistlərin sayı illik müqayisədə təxminən 18,6% artaraq 15,48 milyon nəfərə çatıb.
Ötən il Rusiyaya ən çox gələnlər Qazaxıstan vətəndaşları olub – 3,16 milyon nəfər (2022-ci illə müqayisədə 26,7% çox). Bu reytinqdə ikinci pilləni Özbəkistan vətəndaşları tutur – 3,11 milyon nəfər (2022-ci illə müqayisədə 51,8% çoxdur). Üçüncü sıranı Tacikistan tutur – 2,15 milyon ziyarətçi (əvvəlki ilə nisbətən 36,1% çox). Sonrakı yerləri Qırğızıstan (1,14 milyon nəfər, 2022-ci illə müqayisədə 31,6% çox) və Çin (790 min nəfər, əvvəlki ilə nisbətən 6,1% çox) vətəndaşları tutur.