Oğuzda döyüş sursatı aşkar edilib

oxuaz Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupuna istinadən xəbər verir ki, Oğuzda döyüş sursatı və döyüş sursatları aşkar edilib .
Oğuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bucaq kəndi ərazisindəki kolluqluq ərazidən 2 ədəd əl qumbarası, 4 ədəd avtomata məxsus daraq və 400 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.