Nicat Abasov Namizədlər Turnirində növbəti sınaq imtahanını verəcək
oxuaz xəbər verir ki , Azərbaycan şahmatçısı Nicat Abasov NamizədlərKanadanın Toronto şəhərində keçirilən “Çellencers” turnirində bu gün növbəti görüşünü keçirəcək .
28 yaşlı qrossmeyster XIV turda Rameşbabu Praqnanandha (Hindistan) ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Abasov ağ fiqurlarla oynayacaq.
Nicat Abasov tərəflər arasında ilk görüşdə məğlub olub – 0:1.
Qeyd edək ki, yarışa aprelin 22-də yekun vurulacaq.2 turdan ibarət 8 şahmatçının mübarizəsində birinci qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ qazanacaq.