Milli paraüzgüçülər Portuqaliyada qızıl və gümüş medal qazanıblar [FOTOLAR]
oxuaz xəbər verir ki , Azərbaycan Milli paraüzgüçülər Portuqaliyada qızıl və gümüş medal qazanıblar [FOTOLAR] Madeyra şəhərində keçirilən açıq Avropa çempionatında qızıl medal qazanıb .
Üçüncü yarış günündə idmançımız 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında finişə birinci çatıb.
Daha bir milli parasüzən Roman Salei 100 metr məsafəyə arxası üstə üzmə yarışında Avropa çempionu olub və eyni məsafədə batterflay üsulu ilə üzgüçülükdə gümüş medal qazanıb.
Qeyd edək ki, Roman Salei 2020-ci ildə Tokioda keçirilən Yay Paralimpiya Oyunlarının üçqat qalibidir.
O, Azərbaycan tarixində ilk üçqat Paralimpiya çempionu olub.
Bununla yanaşı, Azərbaycan paralimpiyaçıları Tokio-2020 Yay Paralimpiya Oyunlarında 14 qızıl və ümumilikdə 19 medal qazanaraq, London 2012-də əvvəlki ən yaxşı 4 qızıl və 12 medalı və ümumilikdə 9 qızıl medalını geridə qoyub.
Roman Salei, Vüqar Şirinli, Sevda Vəliyeva, Xanım Hüseynova, Hüseyn Rəhimli, Şahanə Hacıyeva, Həmid Heydəri, Elvin Astanov, Dürsədəf Kərimova, Vəli İsrafilov, Lamiyə Vəliyeva və Orxan Aslanov ölkəmizin medallar sırasını qızıl medallarla zənginləşdiriblər.
Lamiyə Vəliyeva gümüş, bürünc medalları isə Pərvin Məmmədov, Namiq Abaslı, İlham Zəkiyev və Səid Nəcəfzadə qazanıb.