Milli gimnastlar 2024-cü ildə bədii gimnastika üzrə Avropa kubokunda iştirak edəcəklər [FOTOLAR]
Azərbaycan gimnastları 2024- cü ildə Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa kubokunda iştirak edəcəklər .
İlona Zeynalova fərdi proqramda, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Dərya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətova isə qrup hərəkətlərində çıxış edəcəklər.
2024-cü il bədii gimnastika üzrə Avropa kubokunda 34 ölkədən gimnastların iştirakı gözlənilir. Turnir mayın 3-5-də Bakıda Milli Gimnastika Arenasında keçiriləcək.
Bundan əvvəl Azərbaycan gimnastları Bakıda keçirilən bədii gimnastika üzrə 2024-cü ildə FIG Dünya Kubokunda 5-ci qrup halqa növündə bürünc medal qazanıblar.
Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Daria Sorokina və Ləman Əlimuradovadan ibarət yığma komanda 36,100 xal toplayıb.
1956-cı ildə yaradılan Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan yeddi gimnastika növündən ibarətdir.
2002-ci ildən federasiyada canlanma müşahidə olunur. Yenidən qurulan federasiya gimnastikanı tamamilə yeni səviyyəyə qaldırıb. Gimnastika yarışlarının yüksək səviyyədə təşkili diqqətdən kənarda qalmayıb.
Beynəlxalq Gimnastika Federasiyası (FIG) Azərbaycan Gimnastika Federasiyasını (AGF) layiq görülən federasiyalar siyahısına daxil edib.
Uzun illərdir ki, AGF Top 10 gimnastika federasiyalarının FIG siyahısına daxil edilmişdir.