“KazMunayQaz” “LukOil”i Xəzərdəki yataqların işlənməsinə cəlb edir

Qazaxıstanın “KazMunayQaz” (KMG) şirkəti “Kalamkas-dəniz/Xəzər” neft-qaz layihəsinin həyata keçirilməsi üçün Rusiyanın “LukOil” şirkətini cəlb edib. “KazMunayQaz”, özünün telegram kanalında.
Bildirilib ki, “Shell” və “Oman Oil” şirkətləri bu müqavilə sahələrinin işlənməsindən imtina etdiyi üçün “LukOil” bu layihəyə cəlb edilib.
“Bu yataqların işlənməsi bir sıra səbəblər, o cümlədən istismarla bağlı iqtisadi əsasların olmaması səbəbindən ləngiyib. Nəticədə həmin şirkətlər bu yataqlara investisiya qoymaqdan imtina edərək, həmin yataqları dövlətə qaytarıblar”.
Onun sözlərinə görə, uzun danışıqlardan sonra “KazMunayQaz” Xəzərin Rusiya sektorunda artıq bir sıra oxşar layihələr həyata keçirmiş “LukOil”i strateji tərəfdaş kimi cəlb edib.
K.Kudaybergenov bildirib ki, layihənin həyata keçirilməsi üçün 6,5 milyard ABŞ dolları məbləğində investisiya lazımdır və bu yataqlar texnoloji cəhətdən “mürəkkəb kateqoriyaya” aiddir.
Şirkət rəsmisi vurğulayıb ki, bu layihədə “LukOil”lə yanaşı, “KazMunayQaz” da 50% paya malikdir və bütün qərarlar birgə müəssisənin iştirakçıları arasında paritet əsasında qəbul edilir: “Beləliklə, KMQ-nin nəzarəti itirməsi ilə bağlı iddialar səslənir. Layihə həqiqətə uyğun deyil”.