İranlı radikal fəal İsrail səfirliklərinə hücuma görə Azərbaycanı göstərir
İran Azərbaycana qarşı təxribat xarakterli planlarını davam etdirir.
oxuaz məlumatına görə, İranlı radikal fəal İsrail dövlət televiziya və radio təşkilatına bağlı “Gənc Jurnalistlər Klubu” informasiya agentliyinin keçmiş əməkdaşı Əhməd Qasri “X” hesabında təxribat xarakterli paylaşım edib:
سمت راستی سفارت اسرائیل در اذربایجان و سمت چپی سفارت اسرائیل در بحرینه, این فقوطدا…، فقط کافیه انتخاب کنید pic.twitter.com/wxIefnGGsR— احمد قصری 🇮🇷 (@Ahmad_Ghasri)
“Sağdakı şəkil İsrailin Azərbaycandakı səfirliyinin, solda isə Bəhreyndəki səfirliyin şəklidir. Bunlar sadəcə iki misaldır. Variantlar çoxdur, seçmək kifayətdir”.
Xatırladaq ki, ötən gün İran parlamentinin üzvü Cəlal Rəşidi Kuçi çıxışında İsrailin Azərbaycandakı səfirliyinin hədəfə alındığını qeyd etmişdi. İranın rəsmi nümayəndələrinin bu cür təxribat xarakterli fikirləri bir neçə dəfə təkrarlanır.
O, çıxışında deyib: “Sionistlərin” İran ərazisinə hər hansı bir başlıq altında hərbi hücumuna qəti və oxşar cavabın verilməsində süründürməçilik, səbir və gecikmə böyük adın nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir. İranın.
“sionistlər”in region ölkələrinin diplomatik mərkəzlərindən birində, daha yaxşısı Azərbaycanda olan diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.
Təbii ki, İran parlamenti nümayəndəsinin bu yanaşması başqalarına mənfi nümunədir. Bundan ruhlanan iranlı radikal fəallar artıq bu tip yersiz paylaşımlarla ictimaiyyətin diqqətini çəkməyə çalışıblar.
Şübhəsiz ki, bu təxribatçı yanaşma birbaşa olmasa da, dolayısı ilə rəsmi Tehranın həm Bakıya, həm də Təl-Əvivə pis niyyət mesajıdır. Təbii ki, ekspertlərin fikrincə, İranın atdığı bu addım Bakı ilə Tehran arasında yaxşı nəticələrlə bitməyə bilər.