İran parlamenti Azərbaycanı hədələyib: “İsrailin Bakıdakı səfirliyi hədəfə alınmalıdır”

Bir neçə gün əvvəl İran parlamentində İsrailin Bakıdakı səfirliyi zamanı səslənən qalmaqallı fikirlərdən biri media manşetlərini ələ keçirmişdi.
Azernews İran mənbələrinə istinadən xəbər verir ki, İsrailin hava qüvvələrinin İranın Dəməşqdəki konsulluğuna hücumundan sonra İran parlamentində Azərbaycana qarşı təhdid səslənib.
Bu ikiüzlü çıxışlardan biri də İran parlamentinin radikal deputatı Cəlal Rəşidi Kuçinin X hesabında bu barədə paylaşım edib.
تعلل، صبر و تاخیر در پاسخ قاطع و مشابه به حمله نظامی صهیونیستها به خاک ایراناتان، ا ضربه سنگین به آبرو و عزت NAم بزرگ ایRAN.پیشنهاد من، hdf قرار دادن اشکارا و مستقیم یکی از مراکز دیپلماتیک صهیونیستةامادن قه، ترجیحا آذربایجان.— 🇵🇸🇮🇷جلال رشیدی کوچی🇮🇷 (@j_rashidikoochi)
“Sionistlərin İran ərazisinə hər hansı bir başlıq altında hərbi hücumuna qəti və bənzər cavab verməkdə süründürməçilik, səbir və gecikmə İranın böyük adının nüfuz və şərəfinə ağır zərbə vurmağa bərabərdir.

Mənim təklifim odur ki, “sionistlər”in region ölkələrinin diplomatik mərkəzlərindən birində, daha yaxşı olar ki, Azərbaycanda yerləşən diplomatik nümayəndəliyi açıq və birbaşa hədəfə alınsın”.
Xatırladaq ki, İranla Azərbaycan arasında diplomatik əlaqələr 2023-cü ilin yanvarından, yəni Azərbaycanın Tehrandakı səfirliyinə terror aktından sonra birtərəfli qaydada dayandırılıb. Hadisədən sonra Azərbaycan səfirliyi geri çağırılsa da, İran Xarici İşlər Nazirliyi diplomatik münasibətlərin bərpası üçün dəfələrlə Azərbaycana müraciət edib.
Bundan əlavə, İran hökuməti Azərbaycanla İsrail arasında münasibətlərə daha əvvəl öz şəxsi fikrini bildirsə də, Azərbaycan rəhbərliyi qarşı tərəfə diplomatik şəkildə cavab verib ki, iki müstəqil dövlət arasında münasibətlər üçüncü tərəfə aid deyil.
Ancaq görünən odur ki, İran bundan nəticə çıxara bilmir və parlament müzakirələrində belə qeyri-adekvat yanaşma ilə Azərbaycanla münasibətlərin yenidən gərginləşməsinə şərait yaradırlar.