İrəvanda və Ermənistanın bir sıra bölgələrində itaətsizlik aksiyaları yenidən başlayıb
oxuaz xəbər verir ki , arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə İrəvanda və Ermənistanın bir sıra rayonlarında itaətsizlik aksiyaları yenidən başlayıb .
Ermənistanın paytaxtında etirazçılar Xorenatsi küçəsini, İrəvanda və Ermənistanın bir sıra bölgələrində, Qay prospekti və Azadlıq körpüsünü bağlamaq niyyətindədirlər.
Aksiya iştirakçıları Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesinə etiraz edirlər.