Gənc rəssam möhtəşəm sənət əsərlərini Gəncədə nümayiş etdirir [FOTOLAR]

Young artist showcases her stunning art pieces in Ganja [PHOTOS]

Gənc rəssam Jalə Namazova Gənc rəssam möhtəşəm Filarmoniyasının nəzdində fəaliyyət göstərən Urban Centerdə (Yaradıcı İnsanlar Mərkəzi) öz əsərlərini nümayiş etdirib, oxuaz .

Tədbir istedadlı və yaradıcı insanlara platforma yaradan, onların irəliləyişini və potensialını üzə çıxaran, səmərəli fəaliyyətinə şərait yaradan “Urbanda görüşərik” layihəsi tərəfindən təşkil olunub.

Gəncə Dövlət Filarmoniyasının direktoru, Azərbaycanın Əməkdar artisti Ramil Qasımovun təşəbbüsü ilə yazıçıları, şairləri, rəssamları, heykəltəraşları, tətbiqi sənət ustalarını və digər yaradıcı şəxsiyyətləri birləşdirir.

Sərgidə gənc rəssamın kətan üzərində yağlıboya çəkdiyi və post-impressionizm hərəkatı ilə bağlı 22 rəsm əsəri nümayiş olunub. Doğma torpağa həsr olunmuş rəsmlər, o cümlədən “Xarıbülbül”, “Qədim Gəncə qapısı”, “Karvan”, “Narlar”, “Heyvalar”, “Dəniz mənzərəsi”, “Balerina”, “Şamlar”, “Güllər”, “Dəyirman”, “İşıq”, “Qızılgül və qadın”, “Xeyir və Şər” və digər əsərlər sərginin qonaqları tərəfindən maraqla qarşılanıb.

Tədbirin media tərəfdaşları Trend.Az, Day.Az, Milli.Az və Azernews.Az-dır.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *