Fukusima Atom Elektrik Stansiyasından suyun okeana axıdılmasının altıncı mərhələsi başlayır
Əlimət Əliyeva
oxuaz xəbər verir ki, 2011-ci ildə baş vermiş dağıdıcı zəlzələ və sunami nəticəsində sıradan çıxmış Fukusima Atom Elektrik Stansiyasının üç reaktorunun nüvələrinin soyudulması üçün istifadə edilən suyun Sakit okeana axıdılmasının altıncı mərhələsinə başlanılıb .
Ölkə daxilində və xaricdə kəskin etirazlara baxmayaraq, stansiyanın operatoru Tokyo Electric Power Company (TEPCO) hazırkı mərhələdə 7800 ton suyu okeana atmağı planlaşdırır.
Xatırladaq ki, TEPCO ötən ilin avqustunda stansiyadan okeana su tökməyə başlayıb. Yaxın 30 il ərzində şirkət atom elektrik stansiyasının reaktorlarının soyudulması üçün istifadə olunan 1,34 milyon ton suyu okeana atmağı planlaşdırır ki, bu da stansiyanın su ehtiyatının 98 faizini təşkil edir.
Qeyd edək ki, Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Fukusima AES-dən suyun okeana axıdılmasını təsdiqləyib. İlk su partiyası buraxıldıqdan sonra Yaponiya və BƏƏ-dən olan mütəxəssislər okean və balıqlardan götürülmüş nümunələrin analizinin nəticələrinin standartlara uyğun olduğunu bildiriblər.
Bununla belə, qonşu ölkələr, xüsusilə Çin və Rusiya Fukusima AES-dən suyun okeana axıdılmasına qarşıdır. BƏƏ-nin müsbət rəyini şübhə altına alan rəsmi Pekin okeana su axıdılmasının dərhal dayandırılması ilə bağlı bir neçə dəfə xəbərdarlıq edib. Çin hətta Yaponiyadan dəniz məhsulları idxalını dayandırıb.