Filarmoniyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş konsert keçirilib [FOTO/VİDEO]

Filarmoniyada ümummilli lider Heydər Əliyevə həsr olunmuş konsert keçirilib [FOTO/VİDEO]

oxuaz xəbər verir ki , Azərbaycan Dövlət Akademik Filarmoniyada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert keçirilib .

Gecənin proqramında dirijor Elşad Bağırovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı olub.

Tamaşaçılara Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Uvertüra, Qara Qarayevin “İldırımın cığırı” baletindən 3 nömrəli simfoniya və 2 nömrəli süita təqdim olunub.

Orkestrin ifasında görkəmli Azərbaycan bəstəkarlarının möhtəşəm musiqi əsərləri çox təsirli və ürəkaçan səsləndi.

Qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestri 1920-ci ildə görkəmli bəstəkar Üzeyir Hacıbəylinin sifarişi ilə yaradılıb.

Orkestrin repertuarında Q.Malerin, İ.Stravinskinin, C.Debüssinin, A.Bruknerin, C.Bramsın və başqalarının əsərləri kimi dünya musiqisinin bir çox möhtəşəm əsərləri şərəfli yer tutur.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *