Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı başa çatıb [FOTO/VİDEO]

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı başa çatıb [FOTO/VİDEO]

oxuaz xəbər verir ki, Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı Dövlət Akademik Filarmoniyasında möhtəşəm konsert proqramı ilə başa çatıb .

Operanın ulduzları Ripalta Bufo (İtaliya), Vyaçeslav Vasilyev (Rusiya), Giorgi Çelidze (Gürcüstan), Azərbaycanın xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Gülnaz İsmayılova, əməkdar artistlər Ramil Qasımov, Fərid Əliyev, Cahangir Qurbanov, Anar Vaha Şuşalıdə, Səbinə, Anton Ferştandt, Fəridə Məmmədova, İlahə Əfəndiyeva, İnarə Babayeva, beynəlxalq müsabiqələr laureatları Adil Axundov, Taleh Yaxyayev, Atəş Qarayev və Mahir Tağızadə Azərbaycan və xarici bəstəkarların musiqi parçaları ilə tamaşaçıları coşdurmuşlar.

Onları Cemal Reşit Rey Konsert Mərkəzinin direktoru Murat Cem Orhanın (Türkiyə) dirijorluğu ilə Filarmoniyanın Simfonik Orkestri müşayiət edib. Tamaşaçılar opera müğənnilərini alqışlarla qarşıladılar.

Gecənin aparıcısı tanınmış teleaparıcı Saleh Bağırov olub. Qeyd edək ki, Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalında Bavariya Qutt-İmlinq Opera Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok (Almaniya) da iştirak edib.

Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalı Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Opera və Balet Teatrının dəstəyi, Xalq Artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilib.

Yeddi gün ərzində Bakıda və Gəncədə Azərbaycan klassiklərinin və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Festivalın məqsədi Azərbaycanda klassik musiqinin təbliği və inkişafı, opera sahəsində yeni istedadların üzə çıxarılması və dəstəklənməsidir.

Festivalın görkəmli qonaqları arasında xaricdən gələn dünya şöhrətli dirijorlar və bəstəkarlar, Azərbaycanın tanınmış vokalçıları və musiqiçiləri, istedadlı gənclər də olub.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *