Ermənilərin sosial şəbəkələrdəki təxribatı tam iflasa uğrayır
Erməni təbliğatı həmişə olduğu kimi, yalan və dezinformasiya yayır. Sadəcə, onun həm döyüş meydanında, həm də informasiya məkanında tamamilə məğlub olması ilə barışmaq olmaz.
Bu dəfə Qarabağdan sülhməramlıların hərbi texnikasının çıxarılmasını əks etdirən videogörüntülər olub.
Ermənilərin sosial şəbəkələrdəki kanalı iddia edir ki, Rusiya texnikası adı altında 2023-cü ilin sentyabr əməliyyatı zamanı Bakının müdaxilə etməməyə görə ödəniş kimi Rusiyaya ötürdüyü iddia edilən bəzi mifik Artsax Müdafiə Ordusu texnikası ixrac edilir.
Kadrlarda nəqliyyat vasitələri ilk baxışdan sülhməramlı kontingentə aid olduqlarını nümayiş etdirir. Bu, açıq-aşkar yalandır, çünki bu rus zirehli transportyorları rənglənmir və ya satışdan sonrakı hissələrlə deyil, zavod üsulu ilə dizayn edilib və bu model Qarabağda qeyri-qanuni yerləşən Ermənistan ordusunun bölmələri tərəfindən istifadə edilməyib.
Beləliklə, həmişə olduğu kimi, erməni təbliğat maşını və dezinformasiyası tamamilə iflasa uğrayır.
Bu ucuz kanadın əsas ideyası Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyaya hərbi yardım adı altında Qərb dövlətlərini Azərbaycana qarşı qoymağa çalışmaq, sanksiyaların tətbiqinə nail olmaqdır, lakin hiylə həmişəki kimi baş tutmadı.