Dövlət Uşaq Filarmoniyası tamaşaçıları bayram konserti ilə sevindirdi [FOTOLAR]
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşaçıları bayram konserti ilə sevindirib.
oxuaz xəbər verir ki , konsert Azərbaycan xalqının nadir adət-ənənələrini əks etdirən Novruz bayramının gəlişinə həsr olunub .
Proqram maraqlı, rəngarəng rəqslər, mahnılar, Kosa və Keçəl, Bahar qızı və Göyçək Fatma, Cırtdan və başqalarının nağıl və xalq qəhrəmanlarının iştirakı ilə səhnələşdirilmiş səhnəciklərlə zəngin idi.
Tədbir çərçivəsində Novruz adət və ənənələri nümayiş etdirilib. Konsert proqramına Azərbaycan bəstəkarları, xalq mahnıları və rəqsləri daxil edilib.
Musiqili Uşaq Teatrı, “Sədəf” Xalq Çalğı Alətləri Ansamblı, “Şəms” uşaq xoru, Güləbatın vokal ansamblı və bir çox başqaları.
Proqram xalqın gücünü və birliyini, azadlıq və müstəqillik uğrunda mübarizəsini əks etdirən “Yallı” rəqsinin musiqisi sədaları altında bütün iştirakçıların səhnəyə çıxması ilə başa çatıb.
Qeyd edək ki, Novruzun ilk günü martın 20-21-də yaz bərabərliyi gününə təsadüf edir. Bayram yazın gəlişini və yeni ilin başlanğıcını qeyd edir.
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
Azərbaycanda martın 19-da Torpaq çərşənbəsi qeyd olunacaq. Martın 21-də Novruz bayramı qeyd olunacaq.