Dövlət Film Fondu öz kolleksiyasını nadir foto sənədlərlə zənginləşdirir [FOTOLAR]

Dövlət Film Fondu öz kolleksiyasını nadir foto sənədlərlə zənginləşdirir [FOTOLAR]

Azərbaycan Dövlət Film Fondu öz kolleksiyasını “Qayınana” (Qayınana) filminin yaradıcı heyətinin nadir fotosənədləri ilə zənginləşdirib.

oxuaz xəbər verir ki, tanınmış fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayev şəxsi arxivindən olan bu fotoları hədiyyə edib.

Təqdim olunan fotosənədlərdə 1979-cu ildə Aşqabadda keçirilən Ümumittifaq kinofestivalında “Qayınana” filminin yaradıcı heyəti təsvir olunub.

Dəyərli arxiv kadrlarında rejissor Hüseyn Seyidzadəni, aktrisa Nəsibə Zeynalovanı və Tanilya Axmarovanı görə bilərsiniz.

Qeyd edək ki, “Qayınana” 1978-ci ildə “Azərbaycanfilm” kinostudiyasında Hüseyn Seyidzadə tərəfindən lentə alınan musiqili komediyadır. Komediya gündəlik mövzuda ailə münaqişəsi üzərində qurulub.

Azərbaycan Dövlət Film Fondu kino sənayesinə dəstək və kino tarixinin qorunması üzrə ictimai fonddur.

1993-cü ildə Azərbaycan Nazirlər Kabinetinin sərəncamı ilə yaradılıb, 1994-cü ildən fəaliyyət göstərir. 1999-cu ildə ASFF Beynəlxalq Kino Arxivləri Federasiyasına (FIAF) üzv seçilib.

Azərbaycan Dövlət Film Fondu öz fəaliyyətini Beynəlxalq Kino Arxivləri Federasiyasının tövsiyə və standartlarına uyğun həyata keçirir.

2023-2024-cü illərdə Dövlət Film Fondu Azərbaycanın görkəmli kino və teatr xadimlərinə Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Teyyub Axundov və s.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *