Dominikan Respublikası, Səudiyyə Ərəbistanı və Oman ITF-ə qoşulur

oxuaz xəbər verir ki , Dominikan Respublikası, Səudiyyə Ərəbistanı və Oman Beynəlxalq Nəqliyyat Forumuna (ITF) qoşulub .
Müvafiq qərarı təşkilata üzv ölkələrin nazirləri Leypsiqdə keçirilən sammitin yekunları üzrə qəbul ediblər. Bundan əlavə, təşkilata sədrlik Litvada Çiliyə keçib.
Qeyd edək ki, 22-24 may 2024-cü il tarixlərində Litvanın sədrliyi ilə Leypsiqdə (Almaniya) dayanıqlı iqtisadiyyata töhfə verən nəqliyyat üzrə ITF sammiti keçirilir. İştirakçılar nəqliyyatın ekoloji və sosial davamlılığa töhfə verərkən iqtisadi artıma necə töhfə verə biləcəyini müzakirə edir və fikirlərini bölüşürlər.
Beynəlxalq Nəqliyyat Forumu (İTF) Azərbaycanın da daxil olduğu 60-dan çox ölkənin iştirak etdiyi hökumətlərarası təşkilatdır.
ITF 2006-cı ildə OECD nəzdində 1953-cü ildən fəaliyyət göstərən Avropa Nəqliyyat Nazirləri Konfransının (ECMT) varisi kimi yaradılmışdır.