Çinli investorlar Macarıstanda dəmir yolları çəkmək niyyətindədirlər

Çinli investorlar Macarıstanda dəmir yolları çəkmək niyyətindədirlər

Əlimət Əliyeva, oxuaz

Çinli investorlar Macarıstanda dəmir yolları çəkmək niyyətindədirlər iri infrastruktur layihələrində, o cümlədən Budapeşt ətrafında dəmir yolu dairəsinin və şəhərin mərkəzindən Ferens List Beynəlxalq Hava Limanına qədər yüksəksürətli dəmir yolunun tikintisində iştirak edəcək, oxuaz .

Tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən investisiyalar sahəsində əməkdaşlığa dair 18 sənəd imzalanıb. Xarici işlər naziri qeyd edib ki, Çinin Şərqlə Qərb arasında əlaqələrin inkişafına yönəlmiş “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Macarıstan və Çin birgə maliyyələşdirmə üçün layihələrin siyahısını tərtib ediblər. Onların arasında “Budapeştdən yan keçən dəmir yolu dairəsinin tikintisi” də var”, – Szijarto bildirib. Onun sözlərinə görə, bu, Şərqi Macarıstanda Çinin iştirakı ilə tikilmiş fabriklərdən məhsulların Qərbi Avropa ölkələrinə çatdırılmasını asanlaşdırmalıdır.

“Biz həmçinin hava limanından Budapeştin mərkəzinə sürətli və rahat gediş-gəlişi təmin edəcək sürətli dəmir yolu xəttinin tikintisinə hazırlıq işlərinə başlayırıq”, – nazir bildirib. O xatırladıb ki, birbaşa uçuşlar Budapeşti artıq yeddi Çin şəhəri ilə birləşdirəcək və bu, Çindən turist axınının artmasına kömək edəcək.

Bundan əlavə, çinli investorlar Macarıstanda elektromobillər üçün enerji doldurma stansiyaları şəbəkəsinin yaradılmasında və Serbiya ilə sərhəddə sərhəd və gömrük keçid məntəqəsinin modernləşdirilməsində iştirak edəcəklər. Onlar həmçinin Macarıstan və Serbiya arasında neft kəmərinin tikintisi layihəsinə qoşulma imkanlarını araşdıracaqlar. Çindən gələn sərmayələrin köməyi ilə son illərdə Budapeşt ilə Belqrad arasında sürətli dəmir yolunun tikintisi davam etdirilir. Çinin Macarıstan iqtisadiyyatına investisiyaları hazırda 16 milyard avronu keçib.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *