CawaMedia Agentliyi Qəbələ rayonu haqqında məqalə dərc edir [FOTOLAR]

CawaMedia Agentliyi Qəbələ rayonu haqqında məqalə dərc edir [FOTOLAR]

oxuaz xəbər verir ki , məqalədə Qəbələnin qədim tarixi işıqlandırılır, onun füsunkar təbiəti və bəzilərinin hətta 500 yaşı olan şabalıd bağlarından bəhs edilir .

Bu ağacların bəziləri dövlət tərəfindən qorunan təbiət abidələri siyahısına daxildir.

Məqalədə Azərbaycanın ən hündür zirvəsi olan Bazardüzü dağı, CawaMedia Agentliyi Qəbələ məscidləri, Böyük Əmili və Nic kəndlərindəki alban kilsələri, Şıx Baba körpüsü haqqında məlumat verilir.

Məqalə müəllifi Nic kəndi yaxınlığındakı Yalovlu dağında arxeoloqlar tərəfindən aşkar edilmiş qədim insanların məskənini də qeyd edir.

Burada tapılan arxeoloji mədəniyyət nümunələri Azərbaycanın şimal bölgəsi üçün xarakterikdir və elmi ədəbiyyatda Yalovlu təpə mədəniyyəti kimi tanınır.

Həmin ərazidən dəmir və tuncdan hazırlanmış silahlar, qızıl əşyalar, dəyirman daşları və digər nümunələr tapılmışdır. Vəndam kəndində ağac emalı, Qəmərvan kəndində keramika, Ləzə və Bum kəndlərində xalçaçılıq geniş yayılmışdır.

Müəllif Nic kəndində kompakt yaşayan udinləri də xatırladıb.

Qədim albanların varisləri hesab edilən bu etnik qrup indiyədək öz adət-ənənələrini, dilini, əcdadlarının maddi və mənəvi mədəni irsini qoruyub saxlamışdır.

Bum kəndində yaradılmış “Zop-Zopa” folklor ansamblı müxtəlif ölkələrdə keçirilən mədəniyyət festivallarında uğurla çıxış edir.

Məqalədə qeyd olunur ki, sadalanan yerlərdə turistlərin rahatlığı və istirahəti üçün hər cür şərait var.

Aleksandr Dümanın Qafqazda Qəbələdə keçdiyi unikal marşrut fransız yazıçısı və səyyahının 1858-ci ildə bu yerlərə səfəri ilə eyni yaşdadır.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *