Cənubi Koreya və Kuba diplomatik nümayəndəliyin açılması ilə bağlı danışıqlara başlayıb
Əlimət Əliyeva
oxuaz xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya və Kuba diplomatik nümayəndəliyin açılması ilə bağlı danışıqlara başlayıb arasında Havananın Seulda diplomatik nümayəndəliyinin, Seulun isə Havanadakı diplomatik nümayəndəliyinin açılması ilə bağlı rəsmi danışıqlar davam edir.
“Hər iki ölkə səfirliklərin açılması prosesinin lazımi səviyyədə irəliləməsi üçün əməkdaşlığı davam etdirəcək”, – məlumatda deyilir.
Agentliyin məlumatına görə, Seul və Havana fevralda diplomatik münasibətlərin bərpa olunduğunu elan ediblər və apreldə diplomatik nümayəndəliklərin açılması barədə razılığa gəliblər. Bu razılaşmaya əsasən Cənubi Koreya əvvəlcə Havanada müvəqqəti nümayəndəlik açaraq diplomatlarını Kubaya göndərməyi, daha sonra isə daimi səfirlik açmağı planlaşdırır.
Seul və Havana arasında diplomatik əlaqələr 1959-cu ildə Kubada inqilabın qələbəsindən sonra kəsilib. Tərəflər münasibətlərin bərpası üçün ilk addımları 2016-cı ildə atıblar.