Böyük Britaniya Azərbaycan komandasını uğurlu çıxışına görə təbrik edir

Böyük Britaniya Azərbaycan komandasını “Vindzor Kral Atçılıq Şousu”nda uğurlu çıxışı münasibətilə təbrik edib.
oxuaz xəbər verir ki, təbrik səfirliyin “X” sosial şəbəkəsindəki hesabında dərc olunub.
“Biz Azərbaycan komandasını Beynəlxalq “Vindzor Kral Atçılıq Şousunda” parlaq çıxışına görə təbrik edirik”, – paylaşımda qeyd olunub.
Mayın 1-də Böyük Britaniyada Royal Windsor Horse Show başlayıb. Azərbaycanı 100 nəfərlik nümayəndə heyəti, o cümlədən sərhəd xidmətinin rəqs ansamblı və süvari dəstəsi, həmçinin “Land of Fire” polo komandası təmsil edib.