Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb [FOTOLAR]
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 17-də başa çatıb.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Aeroportunda Belarus Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident Aleksandr Lukaşenkonu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər yola salıblar.