Bakıda italyan operası nümayiş etdirilir

oxuaz xəbər verir ki , mayın 31-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında yay konsert mövsümünün təntənəli açılışı olacaq .
Konsertdə iştirak etmək üçün Bakıda italyan operası, tenor Fabio Andreotti dəvət olunub.
Fabio Andreotti tez-tez səsinin tembrinin əfsanəvi müğənninin səsi ilə oxşarlığına görə “yeni Pavarotti” adlandırılır.
Fabio Andreotti Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə çıxış edəcək. Proqramda məşhur ariyalar və valehedici Neapolitan mahnıları səslənəcək.
İlk dəfə olaraq yay səhnəsi saysız-hesabsız ətirli çiçəklənən qızılgüllərlə bəzədiləcək ki, bu da tamaşaçıların hər bir konsertdən aldığı təəssüratları maksimum dərəcədə artıracaq və musiqili axşamlara romantika, xəyalpərəstlik və incəlik ab-havası bəxş edəcək.
Filarmoniyanın yay konsert mövsümü payıza qədər tanınmış sənət adamlarının çıxışları və yüksələn istedadları ilə tamaşaçıları sevindirəcək.