AZAL stüardessa vəzifəsinə işçi qəbulunu davam etdirir

Azərbaycanın milli aviadaşıyıcısı AZAL stüardessa vəzifəsinə komandasına qoşulmaq üçün şəxslər axtarır.
Uçuş bələdçiləri ekipajın vacib hissəsi kimi hər bir uçuşda mühüm rol oynayırlar. Onlar yalnız sərnişinlərin rahatlığını təmin etmək üçün yüksək səviyyəli xidmət göstərməklə deyil, həm də səyahət boyu onların təhlükəsizliyini təmin etmək üçün məsuliyyət daşıyırlar.
Bu peşəni fərqləndirən cəhətlər problemlərin həllində çeviklik, hər bir sərnişinə fərdi yanaşma və yaranan istənilən vəziyyətə çevik reaksiya vermək bacarığıdır.
Uçuş bələdçisi vəzifəsinə müraciət edən namizədlər nizam-intizam, operativlik və punktuallıq kimi xüsusiyyətlərə malik olmalı, həmçinin yüksək stressli vəziyyətlərdə sakit qalmaq bacarığına malik olmalıdırlar.
Uçuş bələdçisi vəzifəsinə qoyulan tələblər haqqında ətraflı öyrənmək üçün aşağıdakı linkə daxil olun: https://glorri.com/azal/6580431c21cae5c4b836ca95 .
Müraciət etmək istəyənlər www.azal.az saytının Karyera bölməsinə daxil ola bilərlər . CV-ləri [email protected] ünvanına da göndərə bilərsiniz və ya Heydər Əliyev Beynəlxalq Hava Limanında Terminal 2-nin Beynəlxalq reyslər (Şimal) girişində nəzərdə tutulmuş qutuya göndərilə bilər.
Azərbaycan Hava Yollarına qoşulun və peşəkar komandanın üzvü olun!