Azərbaycanlı aşpazlar halal mətbəx turnirində iştirak ediblər [FOTOLAR]
oxuaz xəbər verir ki , Azərbaycanlı aşpazlar halal aşpazlar KazanForum 2024 çərçivəsində təşkil olunan Halal Mətbəx Turnirində iştirak ediblər .
Turnirdə Rusiya, Özbəkistan, Qırğızıstan, Malayziya, Tunis, Seneqal, Livan, Misir, Əlcəzair və Mərakeşdən də gənc aşpazlar iştirak ediblər.
Beynəlxalq münsiflər heyətinə Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, Əməkdar Mədəniyyət İşçisi Tahir Əmiraslanov rəhbərlik edib. Milli kulinariya mütəxəssisi Rəşad Səmədov “Şirniyyat məmulatlarının dizaynı” nominasiyası üzrə ən yaxşı seçilib.
Tədbir çərçivəsində Azərbaycan pavilyonu da yaradılıb, forum qonaqları Azərbaycan mətbəxinin nümunələrini dadıblar.
“Qərbi Azərbaycanın şirin inciləri” qrant layihəsi çərçivəsində Milli Kulinariya Assosiasiyası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə şirniyyat ustası Çingizxan Almazovun rəhbərliyi ilə milli mətbəx nümunələrini təqdim edib, maarifləndirici seminarlar və ustad dərsləri keçirib.
Qeyd edək ki, Rusiya-İslam Dünyası: KazanForum ticarət əlaqələri, birbaşa xarici investisiyalar, İslam maliyyə sistemi məsələlərinin müzakirəsi sahəsində əməkdaşlığın inkişafı üçün platforma rolunu oynayır.
KazanForum Rusiya və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrində ticarət dövriyyəsinin artımına, layihələrin həyata keçirilməsinə, tərəfdaş bankçılığın inkişafına, texnoloji alyanslara, eləcə də investisiyaların cəlb edilməsinə diqqət yetirir.
2023-cü ildə forum çərçivəsində rekord sayda tədbir keçirilib və tədbirdə 80 ölkədən 16 min insan iştirak edib.
KazanForum 2024 beynəlxalq əməkdaşlığın perspektivləri, İslam maliyyəsi və investisiyası, halal sənaye, elm və texnologiya, birgə biznesin aparılması, infrastrukturun inkişafı və s.
Forum çərçivəsində Rusiya Halal Expo Beynəlxalq İqtisadi, Elmi və Texniki Əməkdaşlıq Sərgisi, Kazan Halal Market Beynəlxalq Ticarət Sərgisi və Modest Fashion Day layiqli moda festivalı təşkil olunub.