Azərbaycanın 3×3 basketbol üzrə milli komandası finala yüksəlib

Azərbaycanın 3×3 basketbol üzrə komandası “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə finala yüksəlib.
Azernews xəbər verir ki, Honq Konqda keçirilən yarışın yarımfinalında Macarıstana 21:19 hesabı ilə qalib gələn milli komanda həlledici mərhələyə vəsiqə qazanıb.