Azərbaycandan İstanbula minlərlə turist gəlir

oxuaz xəbər verir ki, İstanbul İl Mədəniyyət və Turizm İdarəsi ötən ilin noyabr ayında Türkiyənin Azərbaycandan İstanbula minlərlə 27 min 113 turistin səfər etdiyi barədə məlumat yayıb .
Noyabrda İstanbul şəhərini 1 milyon 288 min turist ziyarət edib ki, bu da ötən illə müqayisədə 4% azdır. Hesabat dövründə Rusiyadan ən çox turist (135 min 696 nəfər) İstanbula gəlib. Onlardan sonra siyahı Almaniya (89 min 810), İran (88 min 727) və ABŞ-dan (61 min 566) gələn turistlərlə davam edib.
Noyabr ayında İstanbula gələn turistlərin 96,7%-i və ya 1 milyon 245 nəfəri hava, 43 mini isə dəniz yolu ilə gəlib.
2023-cü ilin yanvar-noyabr aylarında İstanbula gələn xarici turistlərin sayı 9% artaraq 16 milyon 051 min nəfər olub.