Azərbaycanda səyahət edənlərin sayında artım müşahidə olunur

Azərbaycanda səyahət edənlərin sayında artım müşahidə olunur

oxuaz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycanda səyahət edənlərin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,4% artaraq 638,2 min nəfərə çatıb.

Məlumata görə, İrana gedən vətəndaşların sayı 43,8%, Türkiyəyə 27,0%, Gürcüstana 25,2%, Rusiyaya 16,7% artıb. Azərbaycan vətəndaşlarının 38,2 faizi Türkiyəyə, 21,7 faizi Rusiyaya, 9,1 faizi Gürcüstana, 8,7 faizi İrana, 22,3 faizi isə digər ölkələrə səfər edib. Səyahət edənlərin 67,5 faizini kişi, 32,5 faizini isə qadınlar təşkil edib.

4 ay ərzində xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 67,6 faizi hava, 30,0 faizi dəmir yolu və avtomobil, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Maraqlıdır ki, 2024-cü ilin yanvar-mart aylarında xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 2023-cü ilin birinci rübü ilə müqayisədə 31,7% artaraq 472,3 min nəfərə çatıb.

İrana gedənlərin sayı 40,6%, Gürcüstana 29%, Türkiyəyə 28,1%, Rusiyaya 20,1% artıb.

Nəticədə Azərbaycan vətəndaşlarının 38,3 faizi Türkiyəyə, 20,8 faizi Rusiyaya, 9,4 faizi Gürcüstana, 8,6 faizi İrana, 22,9 faizi isə digər ölkələrə səfər edib. Bu səyahət edənlərin 67,2%-i kişilər, 32,8%-i isə qadınlardır.

Üç ay ərzində Azərbaycan vətəndaşlarının 67,4 faizi hava, 30,3 faizi dəmir yolu və avtomobil, 2,3 faizi isə dəniz nəqliyyatı ilə səyahət edib.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *