Azərbaycanda ötən ay COVİD-lə bağlı ölüm və yoluxma hallarının sayı açıqlanıb

Azərbaycanda ötən ay COVİD-lə bağlı ölüm və yoluxma hallarının sayı açıqlanıb

oxuaz xəbər verir ki, son bir ayda (31.12.2023-31.01.2024) Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb .

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, həmin dövrdə 325 yeni yoluxma faktı qeydə alınıb.

COVİD-lə bağlı ölüm 217 nəfər sağalıb. Ay ərzində testi müsbət çıxan 21 nəfər dünyasını dəyişib.

İndiyədək ümumilikdə 834 630 nəfərdə xəstəlik aşkarlanıb, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. İndiyədək 10,400 nəfər ölüb.

Məlumata görə, son bir ay ərzində yeni yoluxma hallarının müəyyən edilməsi ilə bağlı 14 333 test aparılıb, bu günə kimi ümumilikdə 7 748 050 test aparılıb.

Eyni zamanda, son bir ayda ölkədə 281 nəfər peyvənd olunub.

Azərbaycanda indiyədək vurulan vaksinlərin ümumi sayı 13 970 733 olub.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *