Azərbaycanda ölümdən sonra orqanların donorluğuna icazə verilir

Azərbaycanda ölümdən sonra orqanların donorluğuna icazə verilir

oxuaz xəbər verir ki, Azərbaycanda şəxsin ölümdən sonra orqanların transplantasiya məqsədilə götürülməsinə razılıq verilməsi və ya orqanlarının götürülməsindən imtina edilməsi barədə ərizənin forması təsdiq edilib .

Donor orqanlarının transplantasiyasını həyata keçirən tibb müəssisəsi şəxs öldükdən sonra transplantasiya məqsədi ilə onun orqanizmindən aşağıdakı donor orqan(lar)ın çıxarılmasına razı olduğunu və razı olmadığını bildirməlidir:

Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə təsdiq edilmiş ərizə formasında beyin ölümündən sonra əlaqə saxlanacaq şəxslər də qeyd edilməlidir.

Qeyd edək ki, ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq yolu, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, buynuz qişa, və kök hüceyrələr cəsəd donorundan köçürülə bilər.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *