Azərbaycan vətəndaşları ötən il Antalyada 42 şirkət qurublar

Azərbaycan vətəndaşları ötən il Antalyada 42 şirkət qurublar

Azərbaycan vətəndaşları ötən il Türkiyənin Antalya şəhərində ən çox şirkət quran beş ölkə arasındadır, oxuaz xəbər verir ki,

Məlumata görə, ötən il Antalyada 791-i xarici kapitalla olmaqla 6765 şirkət yaradılıb. Rusiya mənşəli şirkətlərin sayı 255 olub, siyahıda ikinci yeri Almaniya – 83 şirkət, üçüncü yeri İran (64 şirkət), dördüncü yeri Ukrayna (53 şirkət), Azərbaycan (42 şirkət) tutub.

Fəaliyyət baxımından tikinti sektoru üstünlük təşkil edir, şirkətlər informatika, restoran biznesi, ictimai iaşə, əyləncə sahələrində fəaliyyət göstərir.

Türkiyə ilə birgə müəssisələrin sayına görə də ölkələr arasında Rusiya Federasiyası birinci yerdədir – 1217, Almaniya (765 şirkət), ikinci, İran (675 şirkət).

Antalyada ilk xarici şirkət 1970-ci ildə qurulub.

Beş il əvvələ nəzər salsaq, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, Türkiyənin kurort vilayəti olan Antalyada yaşayan azərbaycanlıların sayı 4 min nəfər olub.

“Report” xəbər verir ki, 2018-ci ildə Antalyada Azərbaycan vətəndaşlarından başqa 5,7 min Qazaxıstan, 5,6 min Qırğızıstan, 2,1 min Türkmənistan və 2,1 min Özbəkistan vətəndaşı yaşayıb.

Yerin ən mülayim iqlimdə olması insanlar və iş adamları üçün xüsusilə cəlbedicidir. Antalya turizm sahəsində investisiya gəlirlərini artırmaq istəyən insanlar üçün də olduqca uyğun görünür. Hazırda Azərbaycan Diaspor Komitəsinin təxmini statistikasına əsasən, Türkiyədə 4 milyona yaxın azərbaycanlının yaşadığı qeyd edilir.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *