Azərbaycan və Maldiv adaları mədəni əməkdaşlığı genişləndirəcək [FOTOLAR]

Azərbaycan və Maldiv adaları mədəni əməkdaşlığı genişləndirəcək [FOTOLAR]

Azərbaycan və Maldiv adaları mədəni naziri Adil Kərimli İslam dünyasının 2024-cü il mədəniyyət paytaxtı Şuşanın rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Dhivehi dili, mədəniyyəti və irsi naziri Adam Naseer İbrahimi qəbul oxuaz .

Şuşa şəhərinin tarixi-mədəni sərvətlərindən danışan nazir bu qədim şəhərin Azərbaycan xalqına bəxş etdiyi görkəmli mədəniyyət və ədəbiyyat xadimləri haqqında məlumat verib.

Adil Kərimli qeyd edib ki, bu il Azərbaycan qlobal əhəmiyyətli tədbirə – noyabrın 11-22-də Bakıda keçiriləcək 2024-cü il BMT İqlim Dəyişikliyi Konfransına (UNFCCC COP 29) ev sahibliyi edəcək.

O, iqlim dəyişikliyinin mədəniyyətə təsiri, eləcə də ətraf mühitin qorunmasında mədəniyyətin rolu ilə bağlı xüsusi müzakirələrin aparılacağını vurğulayıb.

Adam Naseer İbrahim Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək, 2024-cü ildə İslam Dünyasının Mədəniyyət Paytaxtı olan Şuşanın rəsmi açılışının yüksək səviyyədə təşkilini alqışlayıb. O, Maldiv adalarının Azərbaycanla mədəni əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Nazirlər mədəniyyət günlərinin təşkili ilə bağlı fikir mübadiləsi aparıblar.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *