Azərbaycan və Kuba COP29 Konfransı ilə bağlı fikir mübadiləsi aparır

Azərbaycan və Kuba COP29 Konfransı ilə bağlı fikir mübadiləsi aparır

oxuaz Konfransı ilə bağlı fikir Rzayev Kubanın elm, texnologiya və ətraf mühit naziri Eduardo Martinez Dias ilə görüşüb .

Görüşdə Azərbaycan ilə Kuba arasında çoxillik dostluq münasibətlərindən söz açılıb, ikitərəfli münasibətlərdə son inkişaflardan məmnunluq ifadə olunub.

Müzakirələr, həmçinin Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının qarşıdan gələn 29-cu sessiyasına aid məsələlərlə yanaşı, elm, texnologiya və ətraf mühit sahələrində potensial əməkdaşlıq ətrafında da aparılıb. .

Kubalı nazir Azərbaycana COP29-a ev sahibliyi etdiyinə görə təbriklərini çatdırıb və bu işdə ölkəyə dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Bundan başqa, görüşdə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *