Azərbaycan və Çin yaşıl enerjinin inkişafı sahəsində əməkdaşlığı araşdırır
oxuaz Azərbaycanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan və Çin yaşıl enerjinin bərpa olunan enerji üzrə çoxistiqamətli əməkdaşlığın inkişafı və COP29 çərçivəsində Çin şirkətləri ilə birgə fəaliyyətlə bağlı müzakirələr aparılıb.
Energetika naziri Pərviz Şahbazov ilə “China Energy Engineering Group Co.Ltd” şirkətinin sədri Song Hailiang-ın rəhbərlik etdiyi nümayəndə heyəti arasında “China Energy International Group Co. Ltd” şirkətinin sədri Lyu Zexiang-ın da iştirak etdiyi görüş keçirilib.
Çində və dünyada enerji və infrastruktur sənayeləri üçün sistemli, inteqrasiya olunmuş, hərtərəfli inkişaf planları və xidmətləri göstərən China Energy Engineering Group Co. Ltd tərəfindən həyata keçirilən layihələr haqqında məlumat verilib.
Bildirilib ki, Çin şirkətləri Azərbaycanda nəhəng bərpa olunan enerji potensialının reallaşdırılması üçün irimiqyaslı tədbirlərdə iştirak etməkdə maraqlıdırlar.
Yaşıl enerji dəhlizlərinin və interkonnektorlarının yaradılması, yaşıl enerjinin ixracı, yaşıl hidrogen və yaşıl ammonyakın istehsalı və nəqli, həmçinin enerji saxlama sistemləri üzrə əməkdaşlıq imkanları qiymətləndirilib.
Həmçinin, Energetika Nazirliyi ilə China Gezhouba Group Overseas Investment arasında imzalanmış 2 GVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə olunub. 60 MVt və 100 MVt-lıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı görülən tədbirlərə və növbəti addımlara nəzər salınıb.
Söhbət zamanı potensial əməkdaşlıq sahələri üzrə təkliflərin qiymətləndirilməsi üçün İşçi Qrupun yaradılması ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi və nəticədə müvafiq layihələrlə əməkdaşlıq barədə razılıq əldə olunub.