Azərbaycan Moda Həftəsində Up-Cycle Jeans müsabiqəsi keçiriləcək

Azərbaycan Moda Həftəsində Up-Cycle Jeans müsabiqəsi keçiriləcək

oxuaz xəbər verir ki , Azərbaycan Moda Həftəsində 16-cı yaz-yay mövsümü çərçivəsində “Up-Cycle Jeans” müsabiqəsi təşkil olunacaq . Müsabiqənin məqsədi ekoloji cəhətdən təmiz modanın inkişafına dəstək verməkdir.

Konsepsiyaya əsasən, tədbir Qala Dövlət Tarix-Diyarşünaslıq Qoruğundakı “Tullantıdan sənətə” muzeyində baş tutacaq.

Müsabiqə Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəniyyət və Yaradıcılıq Sənayesinin İnkişafı Mərkəzinin dəstəyi ilə keçirilir. Müsabiqənin nəticələrinə əsasən müsabiqənin qalibləri qiymətli hədiyyələrlə təltif olunacaqlar.

Şərtlərə əsasən, “Up-Cycle Jeans” müsabiqəsinin finalında gənc dizaynerlər təkrar emal olunmuş cins şalvar, plastik, metal və digər materiallardan hazırlanmış məhsulları münsiflər heyətinə nümayiş etdirəcəklər.

Hər bir iştirakçı kişi və qadın geyimlərinin maketini təqdim edəcək. Əsərlərin qiymətləndirilməsində moda sənayesinin mütəxəssisləri – modelyer Zemfira Cəfər, New Couture (Paris) B2B salonunun təsisçiləri David Pirnia və Nadejda Kozhevnikova, Qazaxıstanın “New Ceneration – Open way” müsabiqəsinin təsisçisi Aleksey Zhen iştirak edəcəklər. Mədəniyyət və Yaradıcılıq Sənayesinin İnkişafı Mərkəzi Jalə Məmmədova, qazax dizayneri Leonid Zherebtsov, Moda Akademiyasının təsisçisi Manzar Zəkizadə, Tacikistan Moda Həftəsinin təsisçisi Toxar İbrahimov, Azərbaycan estradasının ulduzu, səfir və AFW-nin 16-cı mövsümünün rəsmi siması Rilaya Hüseynzadə və Qazaxıstan moda prodüseri, KFW və AFW-nin təsisçisi, həmçinin Fashion Coverking yaradıcılıq məkanının təsisçisi Sayat Dosıbayev.

Azərbaycan Moda Həftəsinin 16-cı mövsümü çərçivəsində rəngarəng moda nümayişləri də təşkil olunacaq. Yerli və xarici dizaynerlər öz kolleksiyalarını mayın 16-da The Ritz-Carltonda, mayın 17-də isə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda nümayiş etdirəcəklər.

Tədbirin media tərəfdaşları Azernews.Az, Trend.Az, Day.Az və Milli.Az-dır.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *