Azərbaycan güləşçiləri Avropa çempionatının ikinci günündə 2 qızıl, 2 bürünc medal qazanıblar [FOTOLAR]

Azerbaijani wrestlers take 2 gold, 2 bronze on second day of European Championship [PHOTOS]

Bakıda keçirilən 23 yaşadək futbolçulardan ibarət güləş üzrə Avropa çempionatının ikinci günündə Azərbaycanın 23 yaşadək güləşçilərinin növbəti uğuru ilə başa çatıb. Tədbirin ikinci günündə keçirilən yarışın axşam sessiyasından 55, 63, 77, 87 və 130 kq çəkidə Azərbaycan yunan-Roma güləşçilərinin medallarla başa çatması ilə bağlı şad xəbər gəlib.

oxuaz Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, millimiz 2 qızıl və 2 bürünc medal qazanıb.

Rəşad Məmmədov (55 kq) ukraynalı İvan Stefanskiyə 7:0 hesabı ilə qalib gələrək medal hesabımızı açıb və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Gərgin mübarizə şəraitində keçən final görüşündə Ziya Babaşov (63 kq) moldovalı Vitali Yeriomenkonu minimal hesabla (3:2) məğlub edərək, U-23 Avropa çempionatının qalibi olub.

Xasay Həsənli (77 kq) da ona olan ümidləri doğruldub. Həlledici görüşdə türkiyəli Yüksel Sarıçiçekə heç bir şans verməyən (10:1) həmyerlimiz 2-ci dəfə U-23 Avropa çempionatında baş mükafata sahib çıxıb.

Gündüz sessiyasında təsəlliverici görüşdə rumıniyalı Patrik Qordanı (4:3) mübarizədən kənarlaşdıran Laçın Vəliyev (87 kq) növbəti analoji yarışda son görüşdə belaruslu İlya Mialeşçiki (4:1) məğlub edərək bürünc medal qazanıb.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *