Azərbaycan Gimnastika Federasiyası beynəlxalq əlaqələri genişləndirir [FOTO]

6 may 2024 13:58 (UTC+04:00)

Azərbaycan Gimnastika Federasiyası beynəlxalq əlaqələri genişləndirir [FOTO]

Azərbaycan Gimnastika Federasiyası (AGF) beynəlxalq əməkdaşlığı genişləndirməkdə davam edir. oxuaz xəbər verir ki , AGF Kuba və Monteneqro Gimnastika Federasiyaları ilə Anlaşma Memorandumu imzalayıb .

Kuba Gimnastika Federasiyası ilə əməkdaşlığa dair Anlaşma Memorandumu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Kuba Gimnastika Federasiyasının vitse-prezidenti Yainet Villalta Pena tərəfindən imzalanıb.

Görüş zamanı tərəflər iki federasiya arasında təcrübə mübadiləsinin vacibliyini qeyd ediblər.

Monteneqronun Gimnastika Federasiyaları ilə əməkdaşlığa dair Anlaşma Memorandumu Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə və Monteneqro Gimnastika Federasiyasının prezidenti Vesna Radoniç tərəfindən imzalanıb.

Görüşdə federasiyalar arasında təcrübə mübadiləsinin aparılması baxımından qarşılıqlı əməkdaşlığın vacib olduğu bildirilib.

1956-cı ildə yaradılan Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən tanınan yeddi gimnastika növündən ibarətdir.

2002-ci ildən federasiyada canlanma müşahidə olunur. Yenidən qurulan federasiya gimnastikanı tamamilə yeni səviyyəyə qaldırıb. Gimnastika yarışlarının yüksək səviyyədə təşkili diqqətdən kənarda qalmayıb.

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Azərbaycan Gimnastika Federasiyasını (AGF) layiq görülən federasiyalar siyahısına daxil edib.

Uzun illərdir ki, AGF Top 10 gimnastika federasiyalarının FIG siyahısına daxil edilmişdir.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *