Azərbaycan cüdoçuları Avropa kubokunun ilk günündə 7 medal qazanıblar
Almaniyanın paytaxtı Berlində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turnirinin ilk yarış günü arxada qalıb.
oxuaz Azərbaycan cüdoçuları Avropa Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançıları 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar.
50 kq çəki dərəcəsində final görüşündə iki Azərbaycan cüdoçusu – Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəlib. Nəticədə B.Feyzullayev qızıl, M.Hüsiyev isə gümüş medal qazanıb.
60 kq çəkidə final görüşündə iki cüdoçumuz – Nihad Rəhimov və Özqan Quliyev üz-üzə gəlib. Nəticədə Nihad Rəhimov qızıl medal qazanıb. Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Fərid Qarayev bürünc medal qazanıb.
Kənan Sadıqov 66 kq çəki dərəcəsində tatami üzərində birinci yeri tutub. Eyni çəkidə mübarizə aparan Umud Qurbanov bürünc medalla kifayətlənib.