Azərbaycan COP29 hazırlıqları G7 Vətəndaş Cəmiyyəti Sammitində diqqət mərkəzindədir

Azərbaycan COP29 hazırlıqları G7 Vətəndaş Cəmiyyəti Sammitində diqqət mərkəzindədir

İtaliyada keçirilən hazırlıqları G7 Vətəndaş Cəmiyyəti sammitində “İnsan mobilliyi və iqlim dəyişikliyi” adlı panel sessiyasında Azərbaycanın COP29-un yüksək səviyyədə təşkili və bütün maraqlı tərəflər arasında konsensusa nail olunması istiqamətində görülən işlər müzakirə edilib. oxuaz xəbər verir ki, bu barədə Təşkilat Komitəsinin sədri Pərvanə Vəliyeva məlumat verib .

O, sessiyada çıxışı zamanı qlobal iqlim dəyişikliklərinə də diqqət çəkib və bildirib ki, kiçik ada dövlətlərinin yox olmaq təhlükəsi ilə üz-üzə qalması narahatlıq doğurur.

Vəliyeva eyni zamanda iqlim dəyişikliyi səbəbindən miqrasiyaya məcbur olan insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini vurğulayıb.

“Miqrasiya, əhalinin hərəkəti və iqlim dəyişikliyi ilə bağlı məsələlərdə maraqlı tərəflər səylərini birləşdirməli və iqlim dəyişikliyi ilə bağlı miqrasiyanın aradan qaldırılmasında beynəlxalq əməkdaşlıq gücləndirilməlidir”.

Qurum rəsmisi onu da qeyd edib ki, miqrantların miqrasiyası ilə əlaqədar onların səhiyyə xidmətlərinə əlçatanlığı təmin edilməlidir.

“Təəssüf ki, əksər inkişaf etmiş ölkələrdə miqrantların tibbi sığorta təminatı hələ də yoxdur. Bu, miqrantlara qarşı açıq ayrı-seçkiliyin bariz nümunəsidir və iqlimlə bağlı köçkünlük üçün əlavə çətinliklər yaradır”.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *