ABŞ-da Azərbaycanın milli geyimləri nümayiş etdirilir [FOTOLAR]

ABŞ-da Azərbaycanın milli geyimləri nümayiş etdirilir [FOTOLAR]

ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən sərgidə Azərbaycanın ənənəvi geyimləri nümayiş olunub, oxuaz .

Müxtəlif ölkələrin milli geyimləri nümayiş olunduğu sərgi Vudro Vilson Ev Muzeyində baş tutub. Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə sərgilənən geyimlər arasında Azərbaycanın milli geyimi də nümayiş etdirilib.

Səfirliyin ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Cəmilə Məmmədova qeyd edib ki, geyim Azərbaycandan və geniş müsəlman Şərqindən ilk qadın diplomat kimi tanınan, diplomatik şücaəti ilə tanınan Sara xatuna həsr olunub.

Muzeyin icraçı direktoru Elizabet Karçer açılış nitqi zamanı tədbirdə iştirak edən səfirliklərə minnətdarlığını bildirdi. O, sərginin hər il keçirilən tədbir olduğunu və bu il 40 ölkədən milli geyimlərin nümayiş olunduğunu qeyd edib. Karçer vurğulayıb ki, sərgi modanın təsirini nümayiş etdirmək və geyim vasitəsilə sülh mesajlarını təbliğ etmək məqsədi daşıyır.

Qonaqlara nümayiş olunan geyimlərin fotoşəkillərindən ibarət jurnal hədiyyə edilib. Jurnalın Azərbaycana həsr olunmuş bölməsində sərgilənən geyimlərdə istifadə olunan parçalar haqqında ətraflı məlumat verilmiş, Sara xatunun töhfələri haqqında məlumat verilmişdir.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *